Ordu.az xəbər verir ki, bunu Milli Seçki Bürosu seçicilərin bütün 100%-nin səslərinin sayılmasını başa çatdırdıqdan sonra açıqlayıb.
"TİSA"nın əsas rəqibi, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi "FİDES" partiyası və Xristian Demokratik Xalq Partiyasından (CDNP) ibarət hakim koalisiya parlamentə cəmi 52 mandat qazanıb.
Laslo Toroçkayın rəhbərlik etdiyi ifrat sağçı "Vətənimiz" partiyası altı yeri əlində saxlaya bilib. Qalan partiyalar parlamentə düşmək üçün 5%-lik həddi keçə bilməyiblər.
Qeyd edək ki, parlament seçkilərində 5.988.000-dən çox insan səs verib.
Ordu.az