ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

2026/04/1775850395.jpg
Oxunub: 483     23:10     18 Aprel 2026    
ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölkədə təxminən 3500-ə yaxın şəxs həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə İranda ölülərin işləri üzrə fondun rəhbəri Seyid Əhməd Musəvi məlumat verib.

Onun sözlərinə görə, münaqişənin başlanğıcından bəri 3468 ölüm hadisəsi barədə məlumatlar var.

Qeyd edək ki, "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb ki, danışıqlar prosesində heç bir irəliləyiş olmazsa, ABŞ administrasiyası yaxın günlərdə İrana qarşı hərbi əməliyyatlara yenidən başlaya bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin