Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
“Nəzərdə tutulan planlaşdırma İran hərbçilərinin Hörmüz boğazına nəzarəti gücləndirməyə davam etməsi ilə əlaqədar başlayıb. İran qüvvələri şənbə günü bir neçə ticarət gəmisinə hücum edib və su yolunun İranın sərt nəzarəti altında olduğunu bəyan edib”, - deyə nəşr yazıb.
Bu hadisələr gəmiçilik şirkətlərini narahat edib. Belə ki, bundan bir gün əvvəl İran xarici işlər naziri boğazın ticarət daşımaları üçün tam açıq olduğunu bildirmişdi və bu açıqlamanı ABŞ prezidenti Donald Tramp alqışlamışdı.
Sevinc Əliyeva
Ordu.az