Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Vilayət rəisi Mehdi Camalinejad bu xəbəri Abidələrin və Görməli Yerlərin Qorunması Beynəlxalq Gününə həsr olunmuş tədbirdə açıqlayıb. O, tarixi tikililərin və qədim ziyarətgahların qorunmasının vacibliyini vurğulayıb.
“Təəssüf ki, müharibə və bu tarixi şəhərə qarşı düşmən hücumları zamanı Böyük Bazar ərazisində təxminən 203 nöqtə və bərpaya ehtiyacı olan 28 tarixi abidə zədələnib”, - deyə o bildirib.
Camalinejad qeyd edib ki, hazırda məhkəmə prosesi gedir.
O vurğulayıb ki, “müsbət nəticələr əldə etməyə ümid edir”.
Sevinc Əliyeva
Ordu.az