Ordu.az xəbər verir ki, bu barədə şənbə günü CNN-ə iranlı yüksəkvəzifəli rəsmi məlumat verib.
“Boğazdan keçməsinə icazə veriləcək gəmilərin sayının məhdudlaşdırılması nəzərə alınaraq, İran Hörmüz boğazı ilə bağlı yeni protokollara daha sürətli reaksiya verəcək və təhlükəsizlik haqlarını ödəyəcək gəmilərə üstünlük vermək qərarına gəlib”, - deyə rəsmi bildirib.
Telekanalın mənbəsinin sözlərinə görə, ödəniş etməyən gəmilərin keçidi “təxirə salınacaq”.
Şənbə günü İran yenidən Hörmüz boğazından gəmilərin keçidinə məhdudiyyətlər tətbiq edib və bunu ABŞ tərəfindən bağlanmış atəşkəs rejiminə etimadın dəfələrlə pozulması ilə əlaqələndirib.
Yüksəkvəzifəli rəsmi bu addımı İranın “boğazı tənzimləyən yeni nizam çərçivəsində” dəniz hərəkətini nizamlamaq səylərinin bir hissəsi kimi xarakterizə edib.
Sevinc Əliyeva
Ordu.az