Ordu.az xəbər verir ki, “Sputnik” Pentaqonun açıq mənbələrdəki sənədlərini araşdıraraq ABŞ-nin pilotsuz uçuş aparatı istehsalı üçün nəzərdə tutulan büdcəni təxminən 55 milyard dollara çatdıracağı qənaətinə gəlib.
DAWG üçün nəzərdə tutulan fondun bu ilki 225 milyon dollardan gələn il 54 milyard 600 milyon dollara qaldırılması gözlənilir. Həmin məbləğin 53 milyard 600 milyon dollarlıq hissəsi adi büdcə prosesindən kənarda qalan məcburi ödənişlərdən ibarətdir. Bu vəziyyət Pentaqona avtonom döyüş sistemlərinin yerləşdirilməsi prosesini sürətləndirmək imkanı yaradır.
Müharibə Nazirliyi inkişaf və sınaq xərclərini 210 milyard 400 milyon dollardan 343 milyard 700 milyon dollara yüksəldəcək. Bu artımın təxminən 41 faizi DAWG qrupunun ehtiyaclarına yönəldiləcək.
DAWG ötən ilin avqustunda müdafiə və miqrasiya nəzarətinə yönəlmiş xərcləri artıran, lakin səhiyyə xidmətləri və ətraf mühit təşəbbüslərinə ayrılan xərcləri azaldan “One Big Beautiful Bill Act” (Böyük Gözəl Qanun Layihəsi) çərçivəsində yaradılmışdı.
Sevinc Əliyeva
Ordu.az