Hindistan XİN İran səfirini çağırıb

2026/04/1776535040.jpg
Oxunub: 544     21:48     18 Aprel 2026    
İran İslam Respublikasının Nyu Dehlidəki səfiri bu gün axşam xarici işlər naziri ilə görüş üçün Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan qurumunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı xarici işlər naziri bu gün baş vermiş insidentlə bağlı Hindistanın dərin narahatlığını ifadə edib. Hadisə Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəminin iştirakı ilə baş verən atışma ilə əlaqədardır.

“O, Hindistanın ticarət gəmiçiliyinin və dənizçilərin təhlükəsizliyinə verdiyi əhəmiyyəti qeyd edib və xatırladıb ki, İran daha əvvəl Hindistana üzən bir neçə gəminin təhlükəsiz keçidinə dəstək göstərib. Ticarət gəmilərinin atəşə tutulması ilə bağlı bu ciddi hadisəyə görə yenidən narahatlığını bildirən xarici işlər naziri səfiri Hindistanın mövqeyini İran hakimiyyətinə çatdırmağa və mümkün qədər tez boğaz vasitəsilə Hindistana gəmiçiliyin bərpasına çağırıb.

İran səfiri bu mövqeləri İran hakimiyyətinə çatdıracağını öhdəsinə götürüb”, - deyə Hindistan XİN-in məlumatında qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İran  


Bizi "telegram"da izləyin