Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb - FOTOLAR

2026/04/1776529656.jpg
Oxunub: 427     20:18     18 Aprel 2026    
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergün Liviyada davam edən "Flintlock-2026" çoxmillətli xüsusi təyinatlı qüvvələr təliminin açılış mərasimində iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi Liviya Milli Birlik Hökumətinin müdafiə naziri general-mayor Əbdüssəlam Zubi, Liviya Milli Ordusunun baş komandan müavini, ordu generalı Səddam Haftar və ABŞ Afrika Komandanlığının müavini general-leytenant Con Brennan ilə görüşlər də keçirib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Liviya  


Bizi "telegram"da izləyin