“Rosatom” İrana zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələsində kömək etməyi təklif edib

2026/03/photo-1774704593.jpg
Oxunub: 399     20:03     18 Aprel 2026    
“Rosatom”un baş direktoru Aleksey Lixaçov “Strana Rosatoma” nəşrinə müsahibəsində İrana zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələsində kömək etməyi təklif edib.

Ordu.az xəbər verir ki, Lixaçov “Rosatom”un İranla qarşılıqlı fəaliyyət sahəsində müsbət təcrübəsi olduğunu və şirkətin zənginləşdirilmiş uran probleminin həllinə yardım göstərməyə hazır olduğunu bildirib.

“Biz hamımız ABŞ və İran nümayəndələri arasında danışıqların gedişini, həmçinin ABŞ prezidenti Donald Trampın, xüsusilə də İranın nüvə proqramı ilə bağlı bəyanatlarını diqqətlə izləyirik. Axı məhz Donald Trampın “İran iki həftə ərzində nüvə silahı əldə etməli idi” sözləri genişmiqyaslı hərbi əməliyyatın başlanmasına əsas oldu”, - deyə Lixaçov bildirib.

Onun sözlərinə görə, “Rosatom” “münaqişə tərəfləri arasında silahlı qarşıdurmanın dayandırılmasına və uzunmüddətli sülhə gətirib çıxaracaq bütün razılaşmaları” alqışlayacaq.

“İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılması danışıqların əsas və ağrılı məsələsi olaraq qalır. Mürəkkəb texniki komponentdən əlavə, gələcək razılaşmaların mühüm tərkib hissəsi etimad məsələsidir. Və burada yalnız Rusiyanın İran tərəfi ilə qarşılıqlı fəaliyyətdə müsbət təcrübəsi var. 2015-ci ildə İran tərəfinin xahişi ilə biz artıq zənginləşdirilmiş uranı İran İslam Respublikasından çıxarmışdıq. Bu gün də bu məsələdə kömək etməyə hazırıq”, - deyə Lixaçov bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lixaçov   Rosatom  


Bizi "telegram"da izləyin