Ordu.az xəbər verir ki, Kosovo müdafiə naziri Ejup Maqedonci BMC vasitələrinin təhvilinə dair açıqlamalar verib.
Bir televiziya proqramında mövzuya aydınlıq gətirən Maqedonci BMC VURAN vasitələrinin Türkiyə tərəfindən hədiyyə edildiyi üçün “məhkəmə işi” mövzusu olmadığını bildirib.
Bu çərçivədə ümumilikdə 6 ədəd VURAN minaatan vasitəsi Kosovo inventarına daxil olacaq. Bunlardan 5 ədədi Türkiyə tərəfindən hədiyyə edilərkən, 1 ədədini Kosovo satın alır. Nazir mövzu ilə bağlı bunları deyib:
“Bəli, bu mövzuya aydınlıq gətirim. BMC tərəfindən istehsal edilən VURAN vasitələrini vaxtında təhvil alırıq. İctimaiyyəti məlumatlandırmaq üçün deyim ki, təhvil aldığımız ilk üç vasitə Türkiyənin hədiyyəsi idi. Gələcək olanlardan ikisi yenə Türkiyənin hədiyyəsi olacaq, birini isə öz büdcəmizlə satın alacağıq. Hamısı sifariş edilib, lakin istehsal və təhvil prosesləri səbəbilə gözləməyimiz lazımdır. Sizi əmin edirəm ki, ilk üç vasitə planlaşdırılan vaxtda gəldi, gələcək digər üç vasitə də Türkiyə ilə razılaşdırdığımız təqvimdə təhvil veriləcəkdir. Yenidən vurğulamaq lazımdır ki, VURAN vasitələrinin tədarükü Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçirilib, çünki bu, Türkiyənin Kosovo Müdafiə Nazirliyinə bir hədiyyəsidir. Yəni bu bizim imzaladığımız ticari müqavilə deyil. Buna görə gecikmə olsa belə məhkəməyə müraciət etmək hüququmuz yoxdur, çünki bu, hədiyyədir, müqavilə deyil...”.
VURAN
BMC tərəfindən hazırlanmış VURAN 4x4 Çoxməqsədli Zirehli Vasitə ailəsi yüksək qoruma səviyyəsi, hərəkət qabiliyyəti və fərqli tapşırıq ehtiyaclarına uyğunlaşdırıla bilən modul quruluşu ilə seçilir.
Monokok gövdə quruluşu, zirehli kabin və şüşələr ilə mina, ballistik və əldəqayırma partlayıcı qurğu təhdidlərinə qarşı effektiv qoruma təmin edən platforma zərbə udan oturacaqlar, avtomatik yanğınsöndürmə sistemi və qabaqcıl görüntü sistemləri ilə şəxsi heyətin təhlükəsizliyini artırır.
9 nəfər daşıma qabiliyyətinə malik vasitə 4x4 ötürücü sistemi və yüzdə 60 dırmanma qabiliyyəti sayəsində çətin ərazi şəraitində yüksək performans göstərir.
Uzaqdan komandalı silah stansiyası, 107 mm ÇNRA və ya 120 mm minaatan kimi fərqli silah sistemləri ilə təchiz oluna bilən variantları sayəsində çoxrollu tapşırıqlarda effektiv həll kimi seçilir.
Sevinc Əliyeva
Ordu.az