Türkiyə müdafiə sənayesi Berlində ixtisaslı insan resursları ilə görüşdü

2026/04/1776526591.jpg
Oxunub: 509     19:31     18 Aprel 2026    
Türkiyı Müdafiə Sənayesi Komitəsinin (MSK) koordinasiyası ilə həyata keçirilən “Milli Sərişə Hərəkatı” layihəsi çərçivəsində “Texnologiya və Səriştə Görüşləri” Almaniyada yaşayan türk tələbə, mühəndis və akademiklərin geniş iştirakı ilə Berlində keçirilib.

Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesində öncül rol oynayan ASELSAN, TUSAŞ, ROKETSAN, HAVELSAN, STM, TEI, SSTEK, “Koluman”, “Teknopark İstanbul” və HEAŞ nümayəndələri proqram çərçivəsində bir araya gəlib.

İştirakçı şirkətlər tədbir müddətində xüsusilə insan resurslarının planlaşdırılması və istedad idarəçiliyi yönəlmiş strateji görüşlər keçirərək sektoral toplantılar icra ediblər.

Türkiyə MSK sədrinin müavini professor doktor Hakan Karataş görüşdə iştirakçılara “Milli Səriştə Hərəkatı” başlıqlı təqdimat edib.

Karataş Türkiyə müdafiə sənayesinin son illərdəki nəhəng böyüməsini və qlobal bazardakı strateji mövqeyini rəqəmlərlə bölüşüb.

Türkiyə müdafiə sənayesinin yalnız platforma istehsal edən bir quruluşdan dünya nəhəngləri ilə rəqabət aparan bütövləşmiş ekosistemə çevrildiyini vurğulayan Karataş ixracatda 10 milyard dollar həddinin aşıldığını bildirib.

764 şirkət tək bir layihə üçün çalışır

Müdafiə sənayesindəki uğurun təməlində dayanan ekosistemin gücünə diqqət çəkən Karataş xüsusi bir müdafiə layihəsini nümunə göstərib.

Karataş bildirib: “Yalnız bu layihədə 764 fərqli şirkət, universitet və AR-GE mərkəzi iştirak edir. Aktiv şəkildə davam edən 1400 layihəmizin hər biri minlərlə mühəndis və texnik üçün məşğulluq yaradır. Bu ekosistemi qura bilməsəniz, ən yaxşı dizaynı etsəniz belə, istehsal gücünüz çatışmaz”.

NATO və Avropa İttifaqı ölkələrinə ixrac

Türkiyə müdafiə məhsullarının 185 ölkəyə ixrac edilərək özünü doğrultduğunu qeyd edən Karataş ötən ilki 10 milyard dollarlıq təhvilin yanında 18 milyard dollarlıq yeni müqavilə imzalandığını bildirib.

Karataş ixracatın yüzdə 55-nin NATO və Avropa İttifaqı ölkələrinə həyata keçirilməsinin türk texnologiyasının beynəlxalq standartlardakı uğurunun təsdiqi olduğunu ifadə edib.

Ağıllı və bağlantılı sistemlər

Sektorun “özgün dizayn” mərhələsindən “seriyalı istehsal” dövrünə keçdiyini, KAAN, “Gökbey”, “Altay” və “Kızılelma” kimi platformalarla birlikdə mühəndislik yanaşmalarının da inkişaf edəcəyini söyləyən Karataş bildirib:

“Gələcək 15 ildə müdafiə sənayesi daha ağıllı, süni zəka dəstəkli və bir-biri ilə danışan bağlantılı sistemlər üzərində qurulacaq. Artıq davamlı və logistika dərinliyi olan uzunmüddətli əməliyyat mühitlərinə hazır olmaq məcburiyyətindəyik. Dizayn mühəndisliyindən proses mühəndisliyinə keçərək imkanlarımızı dəyişdiririk.”

Karataş mühəndislik inkişafını pilləli bir arxitektura kimi xarakterizə edərək texnik və operator nisbətinin seriyalı istehsalla birlikdə yüzdə 60 səviyyələrinə çıxacağını proqnozlaşdırdıqlarını bildirib.

Peşə təhsilində köklü dəyişiklik siqnalı verən Karataş bildirib: “Sinif daxili təlimlərin yerini təcrübə yönümlü modellər alır. Yaxında həyata keçirəcəyimiz “Səriştə İnkişafı və Mükəmməllik Mərkəzləri” ilə gənclərimizə kritik təcrübələri birbaşa sektorun mərkəzində qazandıracağıq.”

Karataş xaricdəki türk diasporu ilə qurulan bu bağın strateji əhəmiyyətinə toxunaraq bildirib: “Müdafiə sənayemiz nəhəng sürətlə böyüyür. Bu böyüməni düzgün yetkinliklərlə idarə etmək üçün buradayıq”.

Karyera və ortaq ağıl məsləhətləşmələri

Proqram çərçivəsində təşkil olunan sessiyalarda “Milli Səriştə Hərəkatı”, “Müdafiə Sənayesində Sahibkarlıq və İnnovasiya”, “Müdafiə Sənayesində Mühəndis Olmaq” və “Müdafiə Sənayesində Karyera Fürsətləri” başlıqları altında geniş təqdimatlar keçirilib.

Sektorun öncül qurumlarının nümayəndələri Türkiyənin müdafiə baxışını və gələcək proqnozlarını iştirakçılarla bölüşüblər.

Tədbirin diqqət çəkən bölmələrindən biri olan “Ortaq Ağıl Məsləhətləşmə Toplantıları”nda xaricdə çalışan türk peşəkarlar ilə Türkiyədən gələn şirkət nümayəndələri bir araya gəlib.

Görüşlərdə qlobal təcrübənin milli layihələrə ötürülməsi və ixtisaslı insan resursları şəbəkəsinin gücləndirilməsi məqsədilə qarşılıqlı məlumat mübadiləsi aparılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi   Berlin  


Bizi "telegram"da izləyin