“Hizbullah”: Livan prezidenti İrana təşəkkür etmək əvəzinə “cinayətkar”a təşəkkür edib

2026/04/1776524530.jpg
Oxunub: 554     18:54     18 Aprel 2026    
Livanın “Hizbullah” hərəkatının siyasi şurası sədrinin müavini Mahmud Kamati Livan prezidenti Cozef Aunu tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

O bildirib ki, prezident İsrailə təşəkkür edib, lakin atəşkəsin təmin olunmasında İranın rolunu qeyd etməyib.

“Biz beynəlxalq təzyiq rıçaqlarının köməyi ilə atəşkəsə nail ola bildiyinə görə İrana təşəkkür edirik. Öz üstünlüklərini qorumaq əvəzinə hökumət addım-addım alçaldılma və suverenliyin məhv edilməsi istiqamətində hərəkət edir”, - deyə Kamati bildirib.

“Prezident “qatil”ə və “cinayətkar”a təşəkkür etdi, lakin bizim xilasımız üçün İrana təşəkkür etmədi. Livan müqavimətinin əli buraxılış tətiyində qalır. Səbir kasası dolub və strateji səbir tükənib”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan  


Bizi "telegram"da izləyin