Ordu.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte “Welt am Sonntag”a müsahibəsində bildirib.
“Mən ABŞ-nin NATO-dan çıxacağına dair heç bir ilkin şərt görmürəm”, - deyə Rütte bildirib.
Eyni zamanda o qeyd edib ki, “daha güclü NATO üçün daha güclü Avropa lazımdır”.
“Prezident Tramp NATO-nun bəzi üzvlərindən açıq şəkildə məyusdur və mən onun məyusluğunu başa düşürəm”, - deyə Rütte əlavə edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp alyans üzvü olan ölkələri İrana qarşı hərbi kampaniyasına qoşulmaqdan imtina etdiklərinə görə dəfələrlə tənqid etmişdi. Tramp NATO-nu “kağız pələng” adlandırmışdı.
Sevinc Əliyeva
Ordu.az