Ordu.az xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, eyni zamanda, digər namizədlər də özlərinə qarşı yönəlmiş sui-qəsd planları barədə xəbərdarlıq edirlər.
“MKİ-də namizəd İvan Sepedaya qarşı hazırlanan sui-qəsdlə bağlı real və konkret məlumatlar var. Təhdidlər Kolumbiyanın bütün ərazisinə yayılır, lakin real planlarla bağlı informasiya qabaqcadan zərərsizləşdirilməlidir. Mən azad seçkilərə dəstəyə görə prezident Donald Trampa təşəkkür edirəm. Unutmayın ki, (amerikalı mühafizəkar fəal) Çarli Kirkin qətli (2025-ci il) və elə Trampa qarşı həyata keçirilmiş sui-qəsd eyni tərəfdən baş verib”, - deyə Petro bildirib.
Qeyd edək ki, Sepeda hakim “Tarixi Pakt” koalisiyasının namizədidir və yalnız bir müddət vəzifədə olmuş Petronu əvəz etməyə iddialıdır. O, jurnalistlərə bildirib ki, hakimiyyətdən ətraflı hesabat tələb edəcək.
“Mən qalmaqal yaratmağa və ya səsimi qaldırmağa başlamamışam, çünki cəmiyyətdə qorxu və ya panika yaratmaq istəmirəm. Mən heç bir halda siyasi fəaliyyətimdən imtina etməyəcəyəm. Seçki yarışından çıxmaq barədə söhbət belə gedə bilməz”, - deyə Sepeda bildirib.
Sevinc Əliyeva
Ordu.az