İsrail ordusu Livanın cənubunda Qəzza nümunəsi üzrə “sarı xətt”in yaradıldığını elan edib

2025/12/1766336002.jpg
Oxunub: 408     18:26     18 Aprel 2026    
İsrail ordusu (IDF) şənbə günü Livanın cənubunda, öz qüvvələrini Qəzzada HƏMAS-ın hələ də nəzarət etdiyi ərazidən ayıran xəttə bənzər şəkildə, “sarı xətt” adlandırılan xətt yaratdığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Son 24 saat ərzində Livanın cənubunda “sarı xət”dən cənubda fəaliyyət göstərən IDF qüvvələri atəşkəsi pozan və “sarı xət”dən şimalda yerləşən qüvvələrə yaxınlaşan terrorçuları aşkarlayıb, onlar birbaşa təhdid yaradıblar. Onlar aşkar edildikdən dərhal sonra və təhdidi aradan qaldırmaq üçün... qüvvələr Livanın cənubunda yerləşən bir neçə rayonda terrorçulara hücum edib”, - deyə IDF bildirib.

Qeyd olunub ki, hərbçilərə atəşkəsə baxmayaraq təhdidlərə qarşı tədbirlər görmək səlahiyyəti verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin