Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Müctəba Xameneyinin sözlərinə görə, İslam inqilabının qələbəsini ordunun həyatında iki tendensiya arasında ayırıcı xətt hesab etmək olar.
O bildirib ki, İran ordusu “ABŞ-nin, Pəhləvi diktatorunun varislərinin və İranı bölmək istəyən separatçıların bədxah planlarına” qarşı dura bilib.
O həmçinin mərhum atasının və həlak olmuş iranlı hərbi liderlərin sülhün və respublikanın möhkəmləndirilməsi istiqamətində töhfəsini də xatırladıb.
Sevinc Əliyeva
Ordu.az