Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Tasnim”in müvafiq qurumlardan əldə etdiyi məlumata görə, İran prezident Donald Trampın İrana qarşı dəniz blokadası barədə bəyanatı, habelə danışıqlar zamanı və son təmaslarda ABŞ tərəfindən irəli sürülən həddindən artıq tələblər səbəbindən hələ ABŞ ilə danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıq verməyib.
“İran aydınlaşdırıb ki, danışıqlar zamanı ABŞ tərəfindən həddindən artıq tələblərdən qaçınılması onların davam etməsinin fundamental şərtidir. Əks halda, İran uzunmüddətli və səmərəsiz danışıqlara vaxt itirmək niyyətində deyil. “Tasnim”in əldə etdiyi məlumata görə, İran İslam Respublikasının mövqeyi Pakistan vasitəsilə ABŞ rəsmilərinə çatdırılıb”, - deyə İran agentliyi yazır.
Sevinc Əliyeva
Ordu.az