“CANiK” “NRA Show 2026” sərgisinə qatıldı

2026/04/1776512568.jpg
Oxunub: 543     15:35     18 Aprel 2026    
“CANiK” ABŞ-nin Florida ştatındakı “CANiK USA” zavodunun tam gücə çatması ilə artan istehsal imkanlarını Texas ştatının Hyuston şəhərində keçirilən “NRA Show 2026” sərgisində nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Şirkətin yaydığı məlumata görə, qlobal odlu silah sektorunun əsas platformalarından olan “NRA Show” Texas ştatının Hyuston şəhərində qapılarını açıb.

İstehlakçı meyllərinin və sektor dinamikalarının müəyyən olunduğu bu mühüm tədbirdə “Samsun Yurt Savunma” (SYS Grup) tərkibində fəaliyyət göstərən “CANiK” yerli istehsalçı kimliyi və innovasiya liderliyi ilə diqqət çəkib.

ABŞ istehsal addımı

“CANiK”in ABŞ bazarındakı uğurunun arxasında strateji baxışla qurulan “CANiK USA” müəssisəsi dayanır. Florida ştatının Vest Palm Biç şəhərində 70 milyon dolları aşan sərmayə ilə qurulan və 2025-ci ildən etibarən istehsala başlayan müəssisə 2026-cı ildə tam gücə çataraq qısa müddətdə böyük uğura imza atıb.

Bu addım markanın ixrac gücünü artırmaqla yanaşı, yerli istehsal üstünlüyü ilə ABŞ daxili bazarındakı mövqeyini də gücləndirib.

Yeni məhsullar və texnologiya həlləri

Bu il sərginin ulduzu “SHOT Show”dakı təqdimatı ilə böyük səs-küy yaradan və sektor mütəxəssislərindən yüksək qiymət alan PRIME RADIAN olub. “SHOT Show” sərgisində satış rekordları qıran bu yeni model ilə yanaşı, “CANiK” səsboğucu və optika sahəsində iddiasını da daha yüksək səviyyəyə daşıyıb.

10 müxtəlif qabaqcıl həllərdən ibarət “CANiK Optik Proqramı” tapançalardan snayper sistemlərinə qədər uzanan geniş çeşidi ilə peşəkar istifadəçilərin bütün ehtiyaclarına cavab verir.

Şirkətin strateji hədəfləri

Açıqlamada fikirlərinə yer verilən “SYS Grup” baş icraçı direktoru Cahit Utku Aral bildirib ki, ABŞ bazarını mərkəzə alan strategiyalar və yatırımlar həyata keçirirlər.

ABŞ bazarında ən üst sıralarda yerlərini möhkəmləndirdiklərini bildirən Aral deyib: “İndi hədəfimiz artan istehsal gücümüz və müştəriyönlü innovasiyalarımızla daha yuxarı sıralara qalxmaqdır. Bunun üçün strategiyamıza sadiq qalaraq yeni addımlar atırıq. Qlobal ticarətdəki çətin şərtlərə və tariflərə baxmayaraq, etibarlı marka quruluşumuzla bu prosesi fürsətə çeviririk. Hyustondakı mövcudluğumuz bu qətiyyətin ən konkret göstəricisidir. “NRA Show 2026” sərgisindən də ABŞ-dəki hədəflərimizi dəstəkləyəcək yeni nailiyyətlərlə ayrılacağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   NRA-Show-2026  


Bizi "telegram"da izləyin