Hindistanın iki tankeri Hörmüzdə hücuma məruz qalıb - YENİLƏNİB

2026/04/1776446348.jpg
Oxunub: 576     16:18     18 Aprel 2026    
Hindistanın iki gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin təzyiqi altında Hörmüz boğazından qərbə geri çəkilməyə məcbur olub.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Hindistan tankeri Silahlı Qüvvələrin xəbərdarlığına məhəl qoymadığına görə Hörmüz boğazında hədəfə alınıb. Hadisə zamanı atəş açılıb. Gəmilərdən biri 2 milyon barel İraq nefti daşıyan Hindistan super tankeridir (VLCC)", - agentlik qeyd edir.

***

İki ticarət gəmisi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

Bu barədə Ordu.az "Reuters" agentliyinə istinadən xəbər verir.

Nəşrin dəniz təhlükəsizliyi və gəmiçilik sahəsindəki mənbələri qeyd edir ki, hadisənin miqyası və nəticələri hazırda məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin