ABŞ Rusiyaya qarşı sanksiyaları yenidən yumşaldıb

2026/03/1773212137.jpg
Oxunub: 438     14:29     18 Aprel 2026    
ABŞ aprelin 17-nə qədər gəmilərə yüklənmiş Rusiya neft və neft məhsullarının tədarükünə icazə verib.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq lisenziya ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc olunub.

İcazə 16 may tarixinədək qüvvədə olacaq.

Bundan əvvəl tankerlərə yüklənmiş Rusiya neftinin daşınmasına icazə verən lisenziya 12 martdan 11 aprelədək qüvvədə idi.

Qeyd edək ki, ABŞ dünya üzrə enerji daşıyıcılarının qiymətlərinin kəskin artımı fonunda Rusiya nefti ilə bağlı sanksiyaları yumşaldıb. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra neft və qaz bahalaşıb. Bunun əsas səbəblərindən biri İranın gəmilərin hərəkəti üçün bağladığı Hörmüz boğazı vasitəsilə enerji daşıyıcılarının daşınmasının dayandırılması olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin