Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper bildirib.
O, Tehranı qlobal gəmiçiliyin tam bərpasına mane olmamağa çağırıb.
“Hazırda atəşkəs rejimi qüvvədə olduğuna görə kritik diplomatik an yaşayırıq... lakin boğazdan normal keçid hələ də təmin edilməyib”, - deyə Kuper Antaliya Diplomatiya Forumu çərçivəsində “Reuters” agentliyinə bildirib.
O vurğulayıb ki, atəşkəs davamlı sülhə çevrilməlidir.
Kuper əlavə edib ki, həmin su yolu ilə gəmiçiliyin bərpası dünya iqtisadiyyatı üçün təxirəsalınmaz məsələdir.
Sevinc Əliyeva
Ordu.az