NATO rəhbəri ABŞ-nin alyansı tərk etməsinin mümkünlüyündən danışıb

2026/04/1776492408.jpg
Oxunub: 408     09:48     18 Aprel 2026    
NATO baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantik Alyansından həqiqətən çıxacağına şübhə ilə yanaşır.

Ordu.az xəbər verir ki, o, bu barədə “Welt am Sonntag” qəzetinə müsahibəsində danışıb.

“ABŞ-nin NATO-nu tərk edəcəyini güman etmirəm".

Bununla belə, onun sözlərinə görə, “daha güclü NATO daxilində daha güclü Avropaya” ehtiyac var.

“Prezident Tramp bəzi NATO üzvlərindən açıq şəkildə məyusdur və mən onun narazılığını başa düşürəm”,- deyə Rütte əlavə edib.

Rütte bildirib ki, ötən həftə Ağ Evdə ABŞ Prezidenti ilə görüşü zamanı o, həmçinin alyansın ABŞ-yə verdiyi üstünlükləri müzakirə edə bilib.

“Avropa NATO-da daha böyük rol oynamaq istəyir. Bu, yaxşı xəbərdir. Bu, sağlam olmayan asılılıqdan həqiqi tərəfdaşlığa əsaslanan transatlantik alyansa doğru inkişafdır”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ  


Bizi "telegram"da izləyin