Ordu.az xəbər verir ki, Rezai bu istiqamətdə hər hansı öhdəliyi təkzib edib.
Bu, ABŞ tərəfinin əks bəyanatlarına zidd olaraq bildirilib.
Rezai deyib ki, Tehran uranın zənginləşdirilməsi və ya dinc nüvə proqramının dayandırılması ilə bağlı hər şeyi qətiyyətlə rədd edir və bunu strateji qırmızı xətt hesab edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də Trampın bəyanatlarını rədd edib.
“Zənginləşdirilmiş uran bizim üçün İran torpağı qədər müqəddəsdir və heç bir halda harasa verilməyəcək”, - deyə Bəqai bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl dəfələrlə bildirib ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcək.
Sevinc Əliyeva
Ordu.az