Ordu.az xəbər verir ki, WB “Electronics” ilə bağlanan razılaşma quru platformalarında situasiya məlumatlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Razılaşmanın əhatə dairəsi və inteqrasiya prosesi
Müqavilə çərçivəsində TacFLIR 280-HDEP çoxspektrli müşahidə sistemləri təhvil veriləcək. Bu sistemlərin Avropadakı istifadəçiyə məxsus quru əsaslı kəşfiyyat vasitələrinə inteqrasiya olunması planlaşdırılır.
Həmin sistemlərin hədəf aşkarlama və tanıma qabiliyyətlərini artıraraq operatorlara daha geniş və aydın əməliyyat mənzərəsi təqdim etməsi hədəflənir.
Proqram və əməkdaşlıq infrastrukturu
Razılaşmanın “Teledyne FLIR Defense” ilə WB “Group” arasında uzunmüddətli əməkdaşlığın davamı xarakteri daşıdığı bildirilib. Tərəflər arasındakı əməkdaşlığın xüsusilə zirehli vasitə proqramlarında sensor inteqrasiyası sahəsində cəmləndiyi qeyd olunur.
“Teledyne FLIR Defense” rəhbərlərindən CihFen Lei bununla bağlı açıqlamasında bildirib: “TacFLIR” 280-HDEP sisteminin kəşfiyyat vasitələrinə inteqrasiyası WB “Electronics” ilə illərə dayanan əməkdaşlığımızın göstəricisidir. Qabaqcıl elektro-optik/infraqırmızı görüntüləmə və ağıllı izləmə qabiliyyətləri sayəsində sahədəki birliklərə daha aydın əməliyyat mənzərəsi təqdim olunacaq”.
“TacFLIR” sisteminin texniki xüsusiyyətləri
“TacFLIR” 280-HDEP gündüz və termal görüntüləmə qabiliyyətlərini bir arada təqdim edən çoxspektrli sensor sistemi kimi seçilir. Qabaqcıl video emalı və dəstəklənən hədəf tanıma xüsusiyyətləri sayəsində operatorların hədəfləri daha sürətli və daha dəqiq aşkarlamasına imkan verir.
Sistemin təxminən on ildir Avropada müxtəlif əməliyyat şəraitində sınaqdan keçirildiyi və yüksək etibarlılıq təqdim etdiyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az