İranda müharibə başlayandan etibarən Hörmüz boğazından ilk sərnişin gəmisi keçib

2026/04/1776194198.jpg
Oxunub: 424     08:25     18 Aprel 2026    
Gəmiçilik üzrə “MarineTraffic” agentliyi bildirib ki, Malta bayrağı altında üzən sərnişin gəmisi, məlumatlara görə, sərnişinsiz şəkildə Omana yollanaraq cümə günü Dubayı tərk edib. Gəmi 47 gün limanda qalmışdı.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Celestyal Discovery” gəmisinin şənbə günü Omana çatacağı gözlənilir.

Bir neçə saat əvvəl İran və ABŞ bildirmişdilər ki, müharibə başlayandan etibarən praktiki olaraq bağlanan strateji su yolu atəşkəs başa çatanadək ticarət hərəkəti üçün tam şəkildə yenidən açılacaq. Lakin İran bir neçə şərt irəli sürmüşdü: gəmilər və yüklər ABŞ və ya İsraillə bağlı olmamalıdır, həmçinin hərbi gəmilərin tranzit keçidinə qadağa qoyulacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin