Lukaşenko ABŞ-yə Çinin işlərinə qarışmamağı məsləhət görüb

2026/04/1776485829.jpg
Oxunub: 326     08:16     18 Aprel 2026    
“ABŞ silahla Rusiyaya heç nə edə bilməz. Bunu İran münaqişəsi göstərdi”.

Ordu.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko RT telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ öz gücünə görə superdövlətdir, lakin fövqəldövlət deyil.

Belarus amerikalılara Çinin işlərinə qarışmamağı məsləhət görüb.

“Amerikalılar dayanmalıdır. Və başa düşməlidirlər ki, ABŞ maraqlarından başqa... sizin maraqlarınızdan başqa, hətta Qərb yarımkürəsində də ölkələr var və onların öz maraqları mövcuddur”, - deyə Lukaşenko qeyd edib.

O, həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə Birləşmiş Ştatların əsl simasını göstərib.

Lukaşenko Birləşmiş Ştatları “əsl diktator” adlandırıb və Vaşinqtonun Minskdən demokratiya öyrənməli olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   ABŞ   Çin  


Bizi "telegram"da izləyin