“Al Hadath”: Livan atəşkəsə nail olmaq üçün məsləhətləşmələri davam etdirir

2025/12/1766336002.jpg
Oxunub: 314     17:44     15 Aprel 2026    
Livan Prezidenti Cozef Aun atəşkəsə nail olmaq məqsədilə İsraillə əlaqələri davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, “prezident əsas tələb olan atəşkəsin əldə olunması üçün əlaqələri davam etdirir”. Onlar bildiriblər ki, Vaşinqtonda səfirlərlə keçirilən danışıqlardan sonra “Livan atəşkəs məsələsində istədiyini əldə etməyib”. Bununla belə, Beyrutun və onun cənub ətraflarının İsrail hücumlarından qorunmasının uzadılması ilə bağlı razılıq əldə olunub.

Aprelin 14-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Livan-İsrail təmaslarının ilkin mərhələsi keçirilib. Nümayəndə heyətlərinə ABŞ-də Livan və İsrail səfirləri Nada Həmadə-Muavad və Yehiel Leyter rəhbərlik ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Atəşkəs  


Bizi "telegram"da izləyin