Ordu.az xəbər verir ki, o, bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.
Zelenski qeyd edib ki, İranla müharibə və son dövrdə başlanmış danışıqlar prosesi Vaşinqtonun diqqətini Rusiya-Ukrayna müharibəsi ətrafındakı danışıqlardan yayındırıb.
“Onlar İranla daimi əlaqədədirlər və Ukrayna üçün sadəcə vaxtları yoxdur”, - deyə Zelenski Trampın danışıqlar qrupunun üzvləri Stiv Uitkoff və Cared Kuşneri nəzərdə tutaraq bildirib.
Prezident həmçinin belə bir fikir səsləndirib ki, ABŞ-nin Moskva ilə diplomatik təmasları Avropa ilə münasibətlərdən daha konstruktiv görünür.
Onun sözlərinə görə, indiyədək Avropa ölkələrini Rusiya-Ukrayna münaqişəsi ilə bağlı gedən danışıqlar prosesinə cəlb etmək çətin olaraq qalır. Həmin prosesdə ABŞ, Rusiya və Ukrayna da iştirak edir.
Sevinc Əliyeva
Ordu.az