"ABŞ Çinə qarşı ən sərt mövqe tutub" - Tramp

2026/04/1775582947.jpg
Oxunub: 377     16:17     15 Aprel 2026    
ABŞ Donald Tramp bəyan edib ki, o, digər dünya liderləri ilə müqayisədə Çinlə bağlı ən sərt mövqe tutur.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində deyib.

“Çinlə işləmək heç vaxt asan olmur, amma biz onlarla əla anlaşırıq. Mən dünyada Çinə qarşı ən sərt mövqe tutan şəxsəm. Çin avtomobillərinə 100% gömrük rüsumu tətbiq etmişəm – ölkənin heç bir yerində Çin avtomobilləri yoxdur”, – ABŞ lideri qeyd edib.

Tramp Çinə qarşı digər “sərt” tədbirləri sadalamasına baxmayaraq, onun Çin Sədri Si Cinpin ilə yaxşı münasibətləri oğlduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Çin  


Bizi "telegram"da izləyin