Tramp bildirib ki, Hörmüz boğazını Çin və bütün dünya üçün “əbədi” açır

2025/12/1765691743.jpg
Oxunub: 608     16:01     15 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazını Çin və bütün dünya üçün “əbədi” açıb.

Ordu.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Çin çox sevinir ki, mən Hörmüz boğazını əbədi olaraq açıram. Mən bunu onlar və bütün dünya üçün edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar [Çin] İrana silah verməməyə razılaşdılar. Bu, döyüşməkdən daha yaxşı deyilmi? Amma unutmayın, lazım olduqda biz çox yaxşı döyüşürük, hamıdan daha yaxşı!!!”, - deyə Tramp qeyd edib.

Tramp həmçinin bildirib ki, Çin Prezidenti Si Cinpin Pekində mayın 14-15-də planlaşdırılan görüş zamanı ona “çox böyük qucaqlaşma” edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz  


Bizi "telegram"da izləyin