Ordu.az xəbər verir ki, o, livanlılardan təhlükəli zonaları tez bir zamanda tərk etməyi tələb edib və hədəfdə “Hizbullah” şiə təşkilatının hərbi infrastrukturlarının olduğunu bildirib.
“İsrail Müdafiə Ordusu cənub rayonlarında böyük qüvvələrdən istifadə edir, buna görə də öz təhlükəsizliyiniz üçün bir daha sizi dərhal evlərinizi tərk etməyə və Zəhrani çayının şimal sahilinə yönəlməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.
Hərbi qurumun nümayəndəsi vurğulayıb ki, İsrail tərəfinin icazəsi olmadan cənub rayonlarına qayıtmaq Livan vətəndaşlarının həyatını təhlükə altına qoyacaq.
Sevinc Əliyeva
Ordu.az