Kral III Çarlz ABŞ Konqresində çıxış edəcək və Trampla görüşəcək

2025/03/1743447378.jpg
Oxunub: 307     15:44     15 Aprel 2026    
Aprelin sonunda ABŞ-yə edəcəyi dövlət səfəri zamanı Böyük Britaniya kralı III Çarlz Konqresin birgə iclasında çıxış edəcək və Prezident Donald Trampla özəl görüş keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə CNN Bukingem Sarayına istinadən məlumat yayıb.

Səfər aprelin 27-30-u üçün planlaşdırılıb və ABŞ müstəqilliyinin 250 illiyi ilə eyni vaxta təsadüf edir. Proqrama Vaşinqtonda, Nyu-Yorkda və Virciniyada görüşlər, həmçinin dövlət ziyafəti də daxildir.

CNN-in məlumatına görə, səfər İran ətrafında yaranmış vəziyyət də daxil olmaqla xarici siyasət üzrə fikir ayrılıqları səbəbindən ABŞ-Böyük Britaniya münasibətlərində gərginliyin müşahidə olunduğu bir dövrdə baş tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin