"Tisa" lideri Macarıstan Prezidentini istefaya çağırıb

2026/04/1776094856.jpg
Oxunub: 325     14:44     15 Aprel 2026    
Tisa lideri Macarıstan Prezidentini istefaya çağırıb
Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar ölkə prezidenti Tamaş Şuyoku istefaya çağırıb.

Tisa lideri Macarıstan Prezidentini istefaya çağırıb
Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar ölkə prezidenti Tamaş Şuyoku istefaya çağırıb.

"Report" xəbər verir ki, bu barədə Madyar "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Macarıstan prezidenti ilə görüşmək üçün Şandor sarayına gəldim. Tamaş Şuyok macar millətinin birliyini təmsil etməyə layiq deyil. O, mənəvi nüfuz sahibi və ya örnək olmağa yaramır. Yeni hökumət formalaşdıqdan sonra Tamaş Şuyok dərhal vəzifəsini tərk etməlidir", - Madyar yazıb.

Qeyd edək ki, 12 aprel seçkilərinin nəticələrinə görə, müxalif "Tisa" partiyası parlamentdəki 199 yerdən 138-ni, hakim "Fides" partiyası isə cəmi 55 yer əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin