Ukrayna Başqırdıstandakı neft-kimya müəssisələrinə zərbə endirib

2026/04/3vpoj-1776245861.jpg
Oxunub: 336     13:04     15 Aprel 2026    
Ukrayna Başqırdıstan Respublikasındakı (Rusiya) neft-kimya müəssisələrinə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz teleqram kanalında məlumat verib.

Məlumata əsasən, zərbə Rusiyanın kimya və neft-kimya sənayesi mərkəzlərindən biri olan Sterlitamak şəhərinə endirilib.

"Başqırdıstandakı Sterlitamak zərbə altındadır. Bu, Rusiyanın kimya və neft-kimya sənayesi mərkəzlərindən biridir. Məsələn, orada hərbi texnikaya aid yağlar və aviasiya yanacağı üçün ionol istehsal edən Sterlitamak neft-kimya zavodu yerləşir", – Kovalenko yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Başqırdıstan  


Bizi "telegram"da izləyin