Hörmüz boğazının blokadası ABŞ hərbçiləri arasında itkilərin sayını artıra bilər

2026/04/1776163184.jpg
Oxunub: 345     13:28     15 Aprel 2026    
ABŞ tərəfindən Hörmüz boğazına tətbiq edilən dəniz blokadası amerikalı hərbçilər arasında ciddi itkilərə səbəb ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə CNN-in analitik materialında qeyd olunub.

Telekanalın qiymətləndirməsinə görə, blokadanın təmin edilməsi böyük resurslar və hərbi-dəniz qüvvələrinin geniş cəlbini tələb edəcək ki, bu da şəxsi heyət üçün riskləri artırır. Qeyd olunur ki, əvvəllər ABŞ əsasən İranı havadan zərbələrlə hədəfə alırdı.

Vəziyyət onunla daha da mürəkkəbləşir ki, İran artıq pilotsuz uçuş aparatları və kiçik qayıqlardan istifadə etməklə ABŞ gəmilərinə hücum etməyə hazır olduğunu bəyan edib. Bu isə eskalasiya və itkilər ehtimalını artırır.

Münaqişə fonunda ABŞ və İran İslamabadda danışıqlar aparsa da, razılığa gələ bilməyiblər. Bundan sonra Vaşinqton aprelin 13-dən dəniz blokadası tətbiq etdiyini elan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ  


Bizi "telegram"da izləyin