ABŞ İranla müharibədəki itkilərini açıqlayıb

2026/02/1772273632.jpg
Oxunub: 398     12:02     15 Aprel 2026    
ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatların gedişində 400-ə yaxın Amerikalı hərbi qulluqçu yaralanıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi Tim Hokins açıqlama verib.

“400-ə yaxın ABŞ hərbçisi yaralanıb...Onların arasında 3-ü ağır dərəcəli xəsarətlər alıb, 354 nəfər isə yenidən xidmətə qayıdıb. 13 nəfər həlak olub, onlardan yeddisi birbaşa döyüş əməliyyatının gedişində, altısı isə İranın Küveytə endirdiyi zərbə nəticəsində həlak olub, bir nəfər isə Səudiyyə Ərəbistanında aldığı yaralardan həyatını itirib”, -deyə bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin