Ordu.az xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında bildirib.
“Danışıqlar əla, yüksək səviyyəli atmosferdə keçdi. Hamımız razıyıq ki, Livan “Hizbullah”dan azad edilməlidir”, - deyə o qeyd edib.
Leyter həmçinin Livanın uzunmüddətli inkişafına və Livan-İsrail sərhədinin biznes və turizm əlaqələri üçün tam sülh sərhədinə çevriləcəyinə ümid etdiyini bildirib.
Livanın mülki infrastrukturuna endirilən zərbələrlə bağlı suala cavab verən səfir bütün məsuliyyəti “Hizbullah”ın üzərinə qoyaraq, İsrailin öz yaşayış məntəqələrinin raket atəşinə tutulmasına dözməyəcəyini vurğulayıb.
Görüş ABŞ himayəsi altında keçirilib. Nümayəndə heyətlərinə Vaşinqtonda iki ölkənin səfirləri Nada Hammade-Muavvad və Yexiel Leyter rəhbərlik edib. Təmasların məqsədi tam sülh danışıqlarının başlanma tarixini müəyyənləşdirmək olub.
Sevinc Əliyeva
Ordu.az