Kamboca Çin istehsalı olan “Type 056C” korvetini invantarına daxil edib

2026/04/1776234841.jpg
Oxunub: 295     10:25     15 Aprel 2026    
Kamboca Çin tərəfindən hədiyyə edilən “Type 056C” sinfinə məxsus ilk idarəolunan raket korvetini invantarına daxil edərək dəniz qüvvələrində mühüm qabiliyyət artımı əldə edib.

Ordu.az xəbər verir ki, təhvil prosesi ölkənin sahil patrulu əsaslı mövcud strukturundan daha qabaqcıl döyüş dəniz imkanlarına keçidində kritik mərhələ kimi qiymətləndirilir.

Gövdə nömrəsi 622 olan korvet 2026-cı il aprelin 4-də “Ream” Dəniz Bazasına çatıb və aprelin 8-də rəsmi olaraq xidmətə qəbul edilib. Bu platforma 2024-cü ildə açıqlanan iki gəmidən ibarət hədiyyə paketinin ilk hissəsidir. İkinci gəminin isə 2026-cı ilin iyununda təhvil verilməsi planlaşdırılır.

Təhvil prosesi Çin maliyyəsi ilə modernləşdirilən “Ream” Dəniz Bazasının yenidən fəaliyyətə başlamasından sonra həyata keçirilib. Bu isə infrastruktur və platforma təchizatının paralel aparıldığını göstərir.

Kamboca Donanması bu günə qədər əsasən kiçik patrul vasitələrinə əsaslanan struktur nümayiş etdirirdi. “Type 056C”nin inventara daxil edilməsi ilə ilk dəfə:

Raket daşıya bilən müasir suüstü döyüş gəmisi xidmətə qəbul olunub
Sensor və silah sistemləri inteqrasiya olunmuş platforma yaradılıb
Sahil təhlükəsizliyindən çoxşaxəli dəniz əməliyyatlarına keçid imkanı yaranıb


Bu inkişaf ölkənin xüsusilə Tailand körfəzində çəkindirmə və dəniz təhlükəsizliyi qabiliyyətini artırmaq potensialına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamboca   Type-056C  


Bizi "telegram"da izləyin