İran Hörmüz boğazı üçün xüsusi rejim hazırlamağı planlaşdırır

2026/03/1773132116.jpg
Oxunub: 377     10:17     15 Aprel 2026    
İran hakimiyyəti strateji əhəmiyyətə malik olan Hörmüz boğazı üçün xüsusi rejim hazırlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Fatimə Mohacerani “RİA Novosti” agentliyinə bildirib.

“Hörmüz boğazı ölkəmizin xüsusi mülkiyyətidir. Digər dövlətlərlə qarşılıqlı münasibətlərdə istifadə olunan hər bir alət kimi, onun üçün də xüsusi rejim hazırlanmalıdır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, İslam Respublikası Hörmüz boğazı üzərində suverenliklə bağlı milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mohacerani   Hörmüz  


Bizi "telegram"da izləyin