Ordu.az Türkiyə Böyük Millət Məclisinə (TBMM) istinadən xəbər verir ki, aprelin 19-a qədər davam edəcək tədbirə 2500-dən çox iştirakçının qatılacağı gözlənilir.
Assambleyanın mövzusu "Ümidin Gücləndirilməsi, Sülhün və Gələcək Nəsillər üçün Ədalətin Təmin Edilməsi" olacaq.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova da parlament nümayəndələri ilə PAİ-də təmsil olunacaq.
Tədbir boyunca sessiyalar, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər də daxil olmaqla 80-dən çox tədbir keçiriləcək.
Ordu.az