Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İddiada qeyd olunur ki, Sançes İrana silah ixrac etməklə “müharibə cinayətlərinə yardım edib”.
Şikayət iki ölkə arasında artan diplomatik gərginlik fonunda təqdim olunub. Bu gərginlik 2023-cü ilin oktyabrında Qəzza müharibəsi ilə başlayıb və bir il sonra Madriddə Fələstin dövlətinin tanınmasından sonra daha da güclənib.
“Şurat Hadin” təşkilatının təqdim etdiyi iddiaya görə, İspaniya “Tehran rejiminə və onun nümayəndələrinə hərbi məqsədlər üçün zəruri komponentlər” tədarük etməkdə ittiham olunur.
Roma Statutunun 15-ci maddəsinə əsasən təqdim olunan müraciətdə bildirilir ki, İspaniya təxminən 1,3 milyon avro dəyərində ikili təyinatlı məhsulların ixracını təsdiqləyib. Bu məhsullar partlayıcı qurğuların hazırlanmasında istifadə oluna bilər.
Təşkilatın bəyanatında qeyd olunur ki, bu materiallar sadə sənaye məhsulları deyil, partlayıcı qurğuların işə salınmasında mühüm rol oynayan komponentlərdir və onların mülki şəxslərə qarşı istifadə olunacağı əvvəlcədən ehtimal edilə bilirdi.
Sevinc Əliyeva
Ordu.az