İsrail-Livan danışıqlarının bütün tərəfləri “Hizbullah”ın silahsızlaşdırılmalı olduğu barədə razıdır

2026/03/1772716761.jpg
Oxunub: 417     09:09     15 Aprel 2026    
Livan və İsrail arasında danışıqlar ABŞ və İran arasında İslamabadda aparılan danışıqların təsdiqlənməsindən bir ay əvvəl planlaşdırılmışdı.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, bugünkü müzakirələrin iştirakçıları “Hizbullah”ın tam silahsızlaşdırılmalı olduğu və İrana artıq Livanın gələcəyini müəyyən etməyə icazə verilməməsi ilə razılaşıblar.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, qurum yeni humanitar proqramlar üçün 58,8 milyon dollar təsdiqləyib və bu vəsait Livanda məcburi köçkünlərin həyatını xilas edən yardımların təmin olunmasına yönəldiləcək.

Maliyyə vəsaiti münaqişədən ən çox zərər çəkmiş əhaliyə ərzaq, su, sığınacaq və fövqəladə ehtiyacların qarşılanması üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail   Livan  


Bizi "telegram"da izləyin