İsrail generalı Livanın Bint-Cbeyl şəhərinin mühasirəyə alındığını açıqlayıb

2025/12/1766336002.jpg
Oxunub: 394     23:38     14 Aprel 2026    
İsrail ordusu Livanın cənubundakı Bint-Cbeyl şəhərinin mühasirəsini başa çatdırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının komandiri general-mayor Rafi Milo bildirib.

"Son günlərdə bu ərazini mühasirəyə aldıq və Bint-Cbeyl daxilində əməliyyatlara başladıq. Bu, əhəmiyyətli bir əməliyyat manevridir", - deyə o bildirib.

Onun sözlərinə görə, qeneral Bint-Cbeyldə hərbçilərlə əməliyyat görüşü keçirib. "Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin qoşunları [Livanın cənubunda] bütün müdafiə cəbhəsi boyunca fəaliyyət göstərərək "Hizbullah"ın terrorçu infrastrukturunu məhv edir", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin