“Xüsusilə Yaxın Şərqdə beynəlxalq hüquqa hörmət tapdalanır” - Quterreş

2025/03/1743271658.jpg
Oxunub: 358     23:58     14 Aprel 2026    
BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq hüquqa hörmətin bütün dünyada, xüsusilə Yaxın Şərqdə zəiflədiyi barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Beynəlxalq hüquqa hörmət bütün dünyada, xüsusilə Yaxın Şərqdə tapdalanır”, - deyə Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərlə söhbətində bildirib.

O vurğulayıb ki, “güc tətbiqi və hərbi əməliyyatların aparılması qaydaları nəzərə alınmır”.

Regiona gəldikdə isə, Quterreş bildirib ki, “bu böhran üçün hərbi həll yoxdur”.

O qeyd edib ki, “ciddi danışıqlar yenidən başlamalıdır” və istənilən atəşkəs “qorunmalıdır”.

BMT-nin baş katibi vurğulayıb ki, ABŞ-nin və İranın arasında danışıqların yenidən başlaması “tamamilə mümkündür”. O, həmçinin İsrail və Livan arasında davam edən müzakirələri yerində vəziyyətin yaxşılaşdırılması üçün “çox vacib” adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin