Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bu rəqəmlər Təl-Əviv Universitetinə bağlı müstəqil analitik mərkəz olan Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu (INSS) tərəfindən təqdim edilib, lakin itkilərin real sayı və ziyanın miqyası müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
İsrail İran və Livanın “Hizbullah” qruplaşması tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatları, eləcə də Livanın cənubunda gedən quru döyüşlər nəticəsində yaranan itkilər barədə məlumatların yayılmasına ciddi qadağa tətbiq edir.
İnstitut bildirib ki, müharibənin başlanmasından etibarən İran İsrail hava məkanına daxil olan 640-dan çox raket və 765-dən artıq pilotsuz uçuş aparatı buraxıb.
İranın açıqlamasına görə, ABŞ və İsrailin birgə hücumları nəticəsində 3300-dən çox insan həlak olub. Tehran cavab olaraq İsrail, İraq, İordaniya və ABŞ hərbi obyektlərinin yerləşdiyi Körfəz ölkələrinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.
Məlumatlara əsasən, münaqişənin başlanmasından bəri 6300-dən çox insan təxliyə edilib. Ən çox təxliyə Təl-Əvivdə (1535 nəfər) qeydə alınıb, sonrakı sıralarda isə Arad şəhəri (1510 nəfər), Dimona (1150 nəfər) və Beyt Şemeş (515 nəfər) gəlir.
ABŞ və İran şənbə günü Pakistanda, İslamabadda münaqişəni dayandırmaq məqsədilə nadir birbaşa danışıqlar aparıb, lakin danışıqlar bazar günü heç bir razılaşma olmadan başa çatıb.
Sevinc Əliyeva
Ordu.az