İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xəbərdarlıq edib ki, əgər İrana qarşı aqressiv müharibə davam edərsə, yeni hərbi imkanlar düşməni təəccübləndirəcək.
Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Biz hələ imkanlarımızın çoxunu açıqlamamışıq. Əgər müharibə davam edərsə, düşmənin heç təsəvvür etmədiyi imkanları nümayiş etdirəcəyik. Döyüş metodlarını göstərəcəyik. Düşmən bizim yeni yanaşmalarımıza qarşılıq verə bilməyəcək”, - deyə SEPAH-ın rəsmi nümayəndəsi general Hüseyn Məhəbbinin bildirib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
SEPAH
İran