Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Yeni tarix Bar ilə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir arasında bu gün keçirilən görüşdə razılaşdırılıb.
Briqada generalı Omer Tişler dörd ildən artıq müddətdə vəzifə tutmuş Barı əvəz edəcək.
“Baş Qərargah rəisi vurğulayıb ki, rotasiya əməliyyat vəziyyətinin qiymətləndirilməsinə əsaslanır”, - deyə İsrail Müdafiə Ordusunun açıqlamasında bildirilib.
Daha öncə İsrail Hərbi Hava Qüvvələrinin komandanının səlahiyyətlərinin təhvil verilməsi bu ay üçün planlaşdırılmışdı.
Sevinc Əliyeva
Ordu.az