Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Yaxın Şərqdə ABŞ qüvvələrinə cavabdeh olan Mərkəzi Komandanlıq (CENTCOM) bildirib ki, əməliyyatda 10 mindən çox amerikalı hərbçi, ondan artıq hərbi gəmi və təxminən on təyyarə iştirak edib.
“İlk 24 saat ərzində heç bir gəmi ABŞ mühasirəsini poza bilməyib və altı ticarət gəmisi ABŞ hərbçilərinin əmrlərinə tabe olaraq geri dönüb və Oman körfəzindəki İran limanlarına qayıdıb. Mühasirə İran limanları və sahilyanı ərazilərdən çıxan və daxil olan bütün ölkələrin gəmilərinə, o cümlədən Fars körfəzi və Oman körfəzində yerləşən bütün İran limanlarına qarşı qərəzsiz şəkildə tətbiq olunur”, - deyə CENTCOM “X” sosial şəbəkəsində bildirib.
Lakin “Frans Press” agentliyinin məlumatına görə, CENTCOM-un heç bir gəminin mühasirəni poza bilmədiyi barədə iddiasına baxmayaraq, Kpler dəniz məlumatları təminatçısının izləmə məlumatları göstərib ki, bazar ertəsi İran limanlarından çıxan ən azı iki gəmi Hürmüz boğazından keçib. Tehran qüvvələri faktiki olaraq fevralın 28-də ABŞ-İsrail hava kampaniyasının başlamasından sonra boğazı bağlayıb, ABŞ isə İranla sülh danışıqlarının uğursuzluğundan sonra bazar günü öz mühasirəsini elan edib.
Sevinc Əliyeva
Ordu.az