Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatıb - YENİLƏNİB

2026/04/1776182630.jpg
Oxunub: 833     22:20     14 Aprel 2026    
Vaşinqtonda İsrail və Livanın ilkin danışıqları başladıqdan təxminən iki saat sonra başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid məlumat yayıb.

Qeyd olunub ki, görüş Dövlət Departamentində qurumun rəhbəri Mark Rubionun iştirakı ilə keçirilib.

***

ABŞ Dövlət Departamentində İsrail və Livan arasında mühüm birbaşa danışıqlar keçirilir və dövlət katibi Marko Rubio tərəflərin “çox müsbət” və “çox sabit” nəticə əldə edə biləcəyi çərçivədə irəliləyə biləcəyinə ümid etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, Rubio, ABŞ-nin Livandakı səfiri Mişel İsa, ABŞ-nin BMT-də daimi nümayəndəsi Mayk Volts, Dövlət Departamentinin müşaviri Mayk Nidhem, Livanın ABŞ-dəki səfiri Nada Hamade və İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter birlikdə foto çəkdiriblər.

Onlar foto çəkilişi zamanı danışmayıblar və jurnalistlərin suallarını cavablandırmayıblar, lakin Rubio nümayəndə heyətləri masa arxasında əyləşərkən qısa şərhlər verib.

“Yaxın altı saat ərzində bu məsələnin bütün mürəkkəblikləri həll olunmayacaq, lakin biz irəliləməyə başlaya və hansısa, çox müsbət və çox sabit bir şeyə nail olmaq üçün əsas yarada bilərik ki, Livan xalqı layiq olduğu gələcəyə sahib olsun və İsrail xalqı qorxu olmadan yaşaya bilsin”, - deyə Rubio bildirib.

O, həmçininq eyd edib: “Bu, prosesdir, hadisə deyil. Bu, sadəcə növbəti gün deyil”.

***

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir.

Rubio danışıqlar başlamazdan əvvəl bildirib ki, görüş ölkələr arasındakı münaqişənin həlli üçün tarixi fürsətdir.

Rubionun sözlərinə görə, qapalı qapılar arxasında keçiriləcək danışıqlar təxminən altı saat davam edəcək, bu da bütün çətinlikləri həll etmək üçün kifayət deyil.

"Lakin tərəflər irəlilədikcə bir çərçivə əsası formalaşdırmaq mümkün olacaq", - o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   İsrail   Livan  


Bizi "telegram"da izləyin