Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin açıqlamasına görə, sualtı müdafiə sistemləri və texnologiyaları sahəsində dünyanın aparıcı tədbirlərindən biri olan UDT 2026 Böyük Britaniyanın paytaxtı Londonda qapılarını açıb.
Dünyanın müxtəlif ölkələrindən minlərlə sənaye mütəxəssisi və hərbi nümayəndənin bir araya gəldiyi tədbirdə əməkdaşlıqların inkişaf etdirilməsi hədəflənir.
ROKETSAN-ın nümayiş etdirdiyi sistemlər
ROKETSAN sərgi çərçivəsində ORKA Yeni Nəsil Yüngül Sinfə Məxsus Torpedo və AKYA Yeni Nəsil Ağır Sinfə Məxsus Torpedo sistemlərini nümayiş etdirir.
Murat İkincinin qiymətləndirməsi
Açıqlamada fikirlərinə yer verilən ROKETSAN şirkətinin baş direktoru Murat İkinci UDT 2026-nın strateji əhəmiyyəti ilə bağlı belə deyib:
“Londonda keçirilən bu mühüm tədbir müdafiə texnologiyalarının fərqli, lakin bir-birini tamamlayan sahələrində qlobal tərəfdaşlarla bir araya gəlməyimiz baxımından böyük əhəmiyyət daşıyır. Bu tədbir strateji əməkdaşlıqlar qurmağı hədəflədiyimiz, texnologiya transferi və ortaq istehsal imkanlarını dəyərləndirdiyimiz mühüm təmas nöqtəsidir. Avropa başda olmaqla müxtəlif regionlardan qatılan qərarvericilərlə aparacağımız görüşlərin qlobal miqyasda iş şəbəkəmizi daha da gücləndirəcəyinə inanırıq. ROKETSAN olaraq məqsədimiz innovativ, etibarlı və döyüş şəraitində özünü sübut etmiş həllərimizlə müttəfiq və dost ölkələrin müdafiə imkanlarına töhfə vermək və dayanıqlı, uzunmüddətli tərəfdaşlıqlar qurmaqdır”.
Sevinc Əliyeva
Ordu.az